MDB İcraiyyə Komitəsində Şura iclası keçiriləcək

Avqustun 30-da Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin qurumun nizamnamə və digər orqanlarında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçiriləcək. Bu barədə MDB qərargahının mətbuat xidməti məlumat yayıb.

İcraiyyə Komitəsinin sədri–qurumun icraçı katibi Sergey Lebedevin iştirak edəcəyi iclasda oktyabrın 28-də MDB hökumət başçılarının Minsk keçiriləcək iclasının gündəlik layihəsinin tərtibi nəzərdə tutulur. Layihəyə 20-dən çox məsələ daxil olunub.

Bundan sonra daimi səlahiyyətli nümayəndələr "Nesvij" Milli Tarix-Mədəniyyət Muzeyi-Qoruğu" dövlət idarəsinin - MDB iştirakçı dövlətlərinin muzey işi istiqaməti üzrə baza təşkilatının fəaliyyətini, həmçinin bir sıra digər məsələləri də müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə