ABŞ Dövlət Departamenti faktı təsdiqləyib
ABŞ Xarici İşlər Nazirliyi, Türkiyənin, Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin qaytarılmasını rəsmən tələb etdiyini açıqlayıb. Anadolu xəbər agentliyinin məlumatına görə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner gündəlik mətbuat brifinqində, FETÖ rəhbəri Gülənin ekstradisiyasına dair sualları da cavablandırıb.
Türkiyənin, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin ekstradisiyasına qarşı tələbinə dair hər hansı bir yeniliyin olub-olmadığı sualını cavablandıran Toner bu mərhələdə ekstradisiyaya dair sənəd və materialları istifadə edəcəklərini bildirərək, sözügedən tələbin 15 iyuldakı çevriliş təşəbbüsü ilə bağlı olmadığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB