Dövlət Departamentindən yeni Fətullah Gülən açıqlaması

Dövlət Departamentindən yeni Fətullah Gülən açıqlaması

Türkiyə tərəfinin Fətullah Gülənin ekstradisiyası üçün etdiyi rəsmi müraciət 15 iyul qiyamı ilə bağlı olmayıb. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib. "Türkiyənin Güləni rəsmi olaraq tələb etməsini artıq təsdiqləyə bilərik. Bu tələb 15 iyul qiyamı ilə yox, nurçu liderin həbs edilməsi qərarı ilə bağlıdır", - Toner bildirib. Dövlət rəsmisi tələbin məzmunu ilə bağlı açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə