Alimlər: Zika virusu yaxın iki ildə də amerika əhalisini cənginə alacaq
"Healthvesti.com" saytı xəbər verir ki, tanınmış alimlər yaxın iki ildə də Zika virusunun ABŞ əhalisini təhdid edəcəyini bildirib. Bu, bir neçə laboratoriya sınağı və təcrübəsinin həyata keçirilməsindən sonra mütəxəssislərin gəldiyi nəticədir. Həkimlərin sözlərinə görə, ABŞ-ın cənub ştatlarının sakinləri arasında Zika xəstəliyinin yayılması riski yüksəkdir. Bu barədə məlumatı Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Entoni Fauçi verib.
Hazırda aparıcı alimlərlə əməkdaşlıq edən hakimiyyət orqanları infeksiyanın daha geniş yayılmasının qarşısını almaq üçün bütün vasitələri işə salıblar. Tədqiqatçılar virusun potensial daşıyıcısı ola biləcək ağcaqanadların sayına nəzarət edirlər. Xəstəliyə yoluxma halları Texas, Florida, Alabama, Luiziana və Missisipi ştatlarında qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB