İraqın hərbi qüvvələri Əl-Kayyara şəhərinin İŞİD terror qruplaşmasının döyüşçülərindən tamamilə azad olunduğunu elan edib. Bu barədə İraq ordusunun rəsmi Twitter səhifəsində məlumat verilib.
Hərbiçilər İraq bayrağını azad olunmuş binaların üzərindən asdıqlarını bildiriblər.
Qeyd edək ki, Mosul şəhərindən 50 kilometr cənubda yerləşən Əl-Kayyara 2014-cü ildən terrorçular tərəfindən tutulub. Mərkəzi Mosul şəhəri olan Naynava vilayətinin şimal hissəsində terrorçulara qarşı aparılan hərbi əməliyyatlar davam etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB