İran Rusiya təyyarələrinə Həmədan hərbi bazasından istifadə etməklə Suriya üzərində uçuşlar həyata keçirməyi qadağan etməyib. SİA Tasnim agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin spikeri Əli Laricani deyib. Ə.Laricaninin sözlərinə görə, İran aviabazanı Rusiyanın ixtiyarına verməyib, bu, müvəqqəti tədbirdir və baza yalnız yanacaq doldurulması üçün istifadə olunur: "İran Suriyada terrorizmlə mübarizə kampaniyası çərçivəsində Rusiya ilə əməkdaşlıq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB