Bu il Həccə gedənləri 17 mindən çox təhlükəsizlik əməkdaşı qoruyacaq
Səudiyyə Ərəbistanı rəhbərliyi bu il həcc ziyarətinə gedəcək zəvvarların təhlükəsizliyini 17 mindən çox hüquq-mühafizə orqanı əməkdaşının qoruyacağını açıqlayıb. "Report" TASS-a istinadən verdiyi xəbərə görə, ölkənin Mülki-Müdafiə İdarəsinin başçısı, general Süleyman bin -Abdullah əl Əmr bildirib ki, təhlükəsizlik qurumlarının 17 mindən çox əməkdaşı həc ziyarətinin təşkili ilə məşğul olacaq.
"Bu məqsədlə 3 mindən çox texnikadan istifadə ediləcək. Məkkə və Mədinə şəhərlərində informasiya kampaniyası keçiriləcək. Bu işə yalnız ənənəvi KİV-lər deyil, sosial şəbəkələr də cəlb ediləcək", - deyə general söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB