"Gulf News" nəşri xəbər verir ki, bir çinli müsəlman dindaşlarını heyrətə gətirib. Belə ki, o, həcc ziyarətini yerinə yetirmək üçün vətənindən Səudiyyə Ərəbistanına qədər çox uzun bir yolu velosipedlə qət edib.
Çinin Sintsyan əyalətindən olan Məhəmməd Səudiyyə Ərəbistanının Taif şəhərinə qədər velosipedlə 8150 kilometrlik yol gəlib. Taifdə onu yerli velosiped klubunun nümayəndələri qarşılayıb və mətanətli müsəlmanı Məkkəyə qədər müşayiət ediblər. Tezliklə Məhəmməd arzusuna yetişərək həcc ziyarətini yerinə yetirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB