XİN rəhbəri: ”Filippin BMT-dən çıxmayacaq”

XİN rəhbəri: ”Filippin BMT-dən çıxmayacaq”

Prezident Rodiriqo Dutertenin sözlərinə baxmayaraq, Filippin BMT-dən ayrılmaq niyyətinə deyil. SİA "Reuters"ə istinadən xəbər verir ki, bunu Filippinin xarici işlər naziri Perfekto Yasay deyib.

"Bu təşkilatla bağlı bütün narahatlıqlarımıza baxmayaraq, biz BMT-yə sadiqik. Prezident həmin sözləri dərin məyusluğunu və hiddətini ifadə etmək üçün ifadə edib", - XİN rəhbəri bildirib.

Qeyd edək ki, daha əvvəl narkotik maddələrin ticarətinə qarşı mübarizə proqramı çərçivəsində keçirilən polis reydləri nəticəsində ölüm hallarının baş verməsini tənqid etdiyi üçün Filippin prezidenti ölkəsinin BMT-dən çıxa biləcəyini deyib. O, həmçinin BMT-ni öz funksiyalarını yerinə yetirməməkdə günahlandıraraq, Çin və digər ölkələrlə birlikdə alterativ təşkilat yaratmaq imkanını xatırlaıb.

Xatırlaqaq ki, son iki ay ərzində Filippində narkotik ticarəti ilə mübarizə nəticəsinə şübhəli bilinən 900 nəfərə yaxın şəxs öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə