BMT-nin Baş katibi Pan Gi Mun Türkiyənin Qaziantep şəhərində baş verən terror hücumunu pisləyib. Axar.az xəbər verir ki, baş katib hücum zamanı həlak olanların yaxınlarına və Türkiyə xalqına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib. Qurumdan verilən açıqlamada terrorizm və şiddətə qarşı regional və beynəlxalq səylərin artırılmasının vacibliyi vurğulanıb. Xatırladaq ki, Türkiyənin Qaziantep şəhərində törədilmiş terakt nəticəsində 30 nəfər ölüb, 94 nəfər isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB