İŞİD nəzarətindəki Kərkükün Havice rayonundan qaçan 300 iraqlı peşmərgə qüvvələrinə sığınıb. Anadolu agentliyi xəbər verir ki, terrorçulardan qurtulan şəxslərin sağlıq durumunun çox ağır olduğu bildirilir. "Onlar təhlükəsiz bölgəyə çatmaq üçün azı 2 gün terrorçuların gözünə dəymədən uzun yol qət ediblər", peşmərgə komandiri Hiva Ənvər agentliyə açıqlamasında deyib. Qaçqınların böyük əksəriyyəti Kərkükdə yerləşən Nezrava çadır düşərgəsinə göndərilib. Havicedən uşaqları və nəvələri ilə birgə qaçan Mensiyə Casim minalanmış ərazidən keçdiklərini deyib:
"İki gündür gecə-gündüz yoldayıq. Əhalinin qaçışını önləmək üçün terrorçular yola mina döşəyib. Biz keçə bildik, amma minaya düşənlər də çox oldu. Onları dəfn etməyə fürsət tapa bilmədik, elə orada qoyub gəldik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB