Dünən Roma Papası Fransisk ənənəvi ibadət mərasimi zamanı dindarlara müraciətində onları Türkiyənin Qaziantep şəhərində "qəddar sui-qəsd" nəticəsində həyatını itirənlərə dua etməyə çağırıb. "RİA Novosti"nin verdiyi məlumata görə, Roma Papası Allahdan dünyaya sülh bəxş etməsini istəyib.
Qeyd edək ki, şənbə günü Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 50 nəfər ölüb, 94 nəfər yaralanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktının İŞİD terror təşkilatı tərəfindən törədilməsinin ehtimal olunduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB