Əş-Şəbab hökumət binasını partlatdı: 10 nəfər öldü

Əş-Şəbab hökumət binasını partlatdı: 10 nəfər öldü

Əş-Şəbab terror təşkilatı Somalinin Qalkayo şəhərində hökumət binasına hücum edib. Axar.az xəbər verir ki, hücum nəticəsində 10 nəfər həlak olub. Məlumata görə, ölənlərin arasında polislərlə yanaşı, mülki vətəndaşlar da var. Hadisənin şahidləri iki ardıcıl partlayışdan sonra atəş səsləri eşitdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə