Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) , Almaniya Federal Kəşfiyyat Xidmətindən bu ölkədəki Gülən tərəfdarlarının axtarışı və deportasiya edilməsində yardım istəyib. SİA xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.
Nəşr iddia edir ki, Türkiyə hakimiyyəti iyulun 15-dən bu yana Gülən tərəfdarlarının axtarışı və deportasiyasına dair Almaniyaya 40-dan artıq müraciət göndərib. Səfirlik dəfələrlə hökumətə və 11 federal torpağın rəhbərlərinə Gülən təhlükəsi ilə bağlı müraciət edib. Almaniya tərəfi Gülən tərəfdarlarının idarə etdiyi deyilən məktəblərdə yoxlamaların aparılması tələbini qəbul etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB