Türkiyə Avropa Birliyinə daxil olmağa hələ hazır deyil. Bu barədə jurnalistlərlə söhbətində Avropa Komissiyasının rəsmi nümayəndəsi Nataşa Berto söyləyib.
Onun sözlərinə görə, Ankaranın AB-yə qəbulu üçün Alyansın üzvü olan 28 ölkənin hamısının dəstəyi gərəkdir. O, Türkiyənin üzvlüyü ilə bağlı hansısa dəqiq tarix söyləməyin çətin olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyənin AB-dəki daimi nümayəndəsi Səlim Enel Ankaranın 2023-cü ilə qədər AB-yə üzv olmaq istədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB