Türkiyənin xarici siyasətində İsrail və Rusiya ilə münasibətlərin normallaşmasından sonra Suriya ilə də əlaqələrdə müsbət irəliləyişin olacağı mesajı verilib. Axar.az xəbər verir ki, "Röyters"ə məsələ ilə bağlı açıqlamasında Türkiyə Baş nazirinin müavini Nurəddin Canikli Suriya ilə yaxın günlərdə iqtisadi əlaqələrin genişləndirilməsi üçün imkanların olacağını, bu münasibətlərin Suriya xalqı və dövləti ilə reallaşacağını söyləyib.
"Suriya və İraqla ticarətimiz son dövrlərdə geriləyib. Xüsusilə, Suriya ilə münasibətlərdə yaxın günlərdə iqtisadi fəaliyyətlərimizi inkişaf etdirəcəyik. Bütün bunlar Suriya ilə müzakirə ediləcək. Bu əlaqə Suriya xalqı və dövləti ilə olacaq", - Canikli qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB