"Ford" sürücüsüz avtomobil istehsal edəcək İLK

"Ford" sürücüsüz avtomobil istehsal edəcək İLK

Amerika maşınqayırmasının lideri "Ford Motor Company" istehsalat tarixində ilk dəfə olaraq özüidarəolunan avtomobil buraxmaq niyyətindədir. SİA kompaniyanın xarici mətbuata göndərdiyi press-relizinə istinadən xəbər verir ki, istehsal olunacaq avtomobildə sükan və əyləc sistemi olmayacaq. Avtomobilin yaxın 5 ildə istehsal olunaraq satışa çıxarılacağı bildirilir.

Gözlənilir ki, sözügedən model ilk olaraq taksi və yükdaşıma sahələrində, eləcə də digər servislərdə istifadə olunacaq. Belə ki, bu xidmətləri göstərən şirkətlər sürücülərə xərclədikləri əlavə pulları qənatə edəcəklər.

Ehtimal olunur ki, bu cür avtomobillər əsasən şəhər ərazisində - sürücüsüz avtomobillər üçün çəkiləcək yollarda idarə olunacaq.

Qeyd edək ki, "Ford"la yanaşı, digər avtomobil kompaniyaları – "General Motors" və "Toyota" da sürücüsüz avtomobillər istehsal etmək barədə planlarını bəyan ediblər. Lakin onlar ikili sistemlə çalışacaqlar. Həm sürücü tərəfindən, həm idarə olunacaq avtomobillər parketmə və s. əməliyyatlar zamanı özünüidarə sisteminə keçə bilər. "Ford" isə tamamilə sürücüsüz avtomobillə dünyada ilk olacağını iddia edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə