Novator.az xəbər verir ki, İspaniya Mərkəzi Bankı avqustun 17-də ölkənin dövlət borcunun 1 trilyon 107 milyard avroya çatdığını açıqlayıb. Bu, ümumi daxili məhsulun 100,9%-i deməkdir. 1909-cu ildə İspaniyanın dövlət borcu ümumi daxili məhsulun 102%-i həcmində olub. 2009-cu ildən ölkənin dövlət borcu artmaqdadır. 2013-cü ildə İspaniyanın dövlət borcu ümumi daxili məhsulun 93,9%-i həcmində idi. İspaniyanın İqtisadiyyat Nazirliyi ilin sonuna dövlət borcunun ümumi daxili məhsulun 99,14%-i, 2019-cu ildə isə 96%-i həcminə düşəcəyini proqnozlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB