Hindistanda leysan 13 nəfər həlak olub

Hindistanda leysan 13 nəfər həlak olub

Hindistanın Uttar-Pradeş ştatına yağan leysan yağışlar nəticəsində azı 13 nəfər həlak olub. Bu barədə ştatın Daxili İşlər Nazirliyi məlumat yayıb. Ştatın mərkəzinə və şərqinə yaxan güclü yağışlar artıq bir sutkadan çoxdur ki, davam edir. Həlak olanların çoxu yağıntılara tab gətirməyib uçan evlərin altında qalanlardır. Daha iki nəfər isə ildırım vurması nəticəsində ölüb.

Sinoptiklər xəbərdarlıq edib ki, bölgədə leysan yağışlar hələ iki sutka davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə