Belqrad Avropa İttifaqının ümumi xarici siyasətinin tələbi olsa belə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Tomislav Nikoliç ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşdə deyib.
"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilmərik. Bizim Rusiya ilə də, ABŞ-la da əlaqələrimiz var, bu ölkələrdə çoxsaylı serb icması yaşayır. Lakin Avropa İttifaqının xarici siyasətinin tələbi olsa belə, Serbiya sanksiyalara qoşulmayacaq" - deyə, prezident bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB