Açıq dənizdə 38 saat qalan çinli qadın xilas olub

Açıq dənizdə 38 saat qalan çinli qadın xilas olub

Səyahət gəmisinin göyərtəsindən yıxılan çinli turist qadın 38 saat açıq dənizdə qalıb. İnterfax informasiya agentliyi xəbər verir ki, Şanxay şəhərinin 32 yaşlı Fen adlı sakini Yaponiya və Cənubi Koreyaya gedən kruiz gəmisində istirahət edirmiş. Dəniz mənzərəsindən vəcdə gələn turist qadın göyərtədən aşağıya çox əyildiyindən müvazinətini itirərək təxminən yeddi mərtəbəli ev hündürlüyündən dənizə düşüb.

Onunla birlikdə səyahət edən valideynləri qızlarının yoxa çıxmasından yalnız bir neçə saat sonra xəbər tutublar. Yeməksiz və susuz, xilasedici jileti olmayan turist qadın iki gün açıq dənizdə qalıb. Xoş təsadüf nəticəsində balıqçı qayığına rast gələn Fen xilas olub. O, böyük hündürlükdən suya düşməsinə baxmayaraq, heç bir xəsarət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə