Rusiya-OPEC dialoqu oktyabrda keçiriləcək

Rusiya-OPEC dialoqu oktyabrda keçiriləcək

Rusiya-OPEC enerji dialoqu üzrə iclas oktyabrda Vyanada keçiriləcək. "RİA-Novosti" agentliyinə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. O qeyd edib ki, bununla bağlı dəqiq tarix yaxın vaxtlarda dipomatik kanallar vasitəsilə razılaşdırılacaq. Rusiya Energetika Nazirliyinin və OPEC-in nümayəndələri enerji dialoqunun tarixi ilə bağlı Vyanada görüş çərçivəsində müzakirə aparıblar. Tərəflər, eyni zamanda neft bazarındakı mövcud vəziyyət, onun inkişaf proqnozları və əməkdaşlığın digər aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə