Binəli Yıldırım: “Hocaları onlara “Bu iş bitdi, Ərdoğan getdi” demişdi”

Binəli Yıldırım: “Hocaları onlara “Bu iş bitdi, Ərdoğan getdi” demişdi”

Türkiyənin baş naziri Binəli Yıldırım AKP-nin qrup iclasında çıxışı zamanı maraqlı açıqlamalarla çıxış edib. "DHA" agentliyinin xəbərinə görə, Baş nazir edam cəzası haqqında danışarkən "Edam bir dəfə ölməkdir, lakin onlar üçün ölümdən daha böyük ölümlər var" deyərək, fikrini arqumentlərlə əsaslandırıb: "Cinayət başında tutuldular. Çünki bunu gözləmirdilər. Hocaları onlara "Bu iş bitdi Tayyib Ərdoğan getdi" demişdi. Biz onların cəzalarını kəsəndə intiqam hissi ilə yanaşmayacağıq. Ədalətlə onların cəzasını verəcəyik. Türk ədaləti ilə. Etdikləri cəzasız qalmayacaq. Bundan əmin olun. Edam bir dəfə ölməkdir lakin onlar üçün ölümdən daha böyük ölümlər var. O da tərəfsiz və adil mühakimədir ".

Bütün xəbərlər Facebook səhifəmizdə