Peruda baş verən güclü zəlzələ 4 nəfərin həyatına son qoyub. Axar.az TASS-a istinadən xəbər verir ki, daha 50 nəfər müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 150-dək ev dağılıb. Xatırladaq ki, avqustun 15-ə keçən gecə Perunun cənubunda 5,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Areçipa şəhərindən 88 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB