Pakistanla Hindistan arasında yaxınlaşma meylləri müşahidə olunmaqdadır. Pakistan Xarici İşlər nazirinin müavini Ayzaz Çoudxri hindistanlı həmkarı Subraməniam Cayşankərə İslamabada səfərlə bağlı dəvət məktubunu çatdırıb. ABC xəbər verir ki, buna səbəb Pakistan tərəfinin Hindistanla mübahisəli Cammu və Kəşmir ərazilərini müzakirə etmək istəyidir. Verilən məlumata görə, məktubda hər iki ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq öhdəliklərini yerinə yetirməyə çalışmalı olduğu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB