İŞİD İraqda telekanalın operatorunu öldürdü, müxbiri yaraladı

İŞİD İraqda telekanalın operatorunu öldürdü, müxbiri yaraladı

"Kurdistan" telekanalının jurnalisti İraqın Mosul şəhəri ətrafında gedən hərbi əməliyyatlar nəticəsində həlak olub. Axar.az xəbər verir ki, telekanaldan verilən məlumata görə, daha bir əməkdaş isə yaralanıb. "Operator Mustafa Səid həlak olub. Hayman Nankali adlı müxbir isə yaralanıb", - məlumatda qeyd olunub. Bundan başqa kürddilli "Rudav" telekanalının əməkdaşları da İŞİD terrorçuları tərəfindən atəşə məruz qalıb. Lakin peşmərgə qüvvələri jurnalistləri güllə yağışı altından çıxara biliblər. Yalnız bir xarici jurnalist yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə