İsveçrədə qatarda 7 nəfəri bıçaqladılar

İsveçrədə qatarda 7 nəfəri bıçaqladılar

İsveçrənin şimal-şərqində yerləşən Sankt-Qallen kantonunda bıçaqla silahlanmış şəxs qatarda sərnişinlərə hücum edib. BBC-nin yaydığı xəbərə görə, o daha sonra vaqonda yanğın törədib. İnsident nəticəsində biri 6 yaşlı uşaq olmaqla 7 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs də, xəstəxanaya göndərilib. İsveçrəlinin 27 yaşının olduğu bildirilir. Onun şəxsiyyəti barədə əlavə məlumat verilmir. Hazırda polis ərazidə əməliyyat aparır. Havaya təcili xidmət vertolyotları qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə