"Rusiya Prezidenti Vladimir Putin qapalı iclasda bizdən 3 dəfə problemimizin olub-olmadığını soruşdu." Axar.az xəbər verir ki, bu sözləri Rusiya-Türkiyə İş Adamları Birliyinin rəhbəri Naki Qaraaslan bildirib. Putinlə keçirilən qapalı iclasdan danışan Qaraaslan görüşün çox isti məcrada keçdiyini qeyd edib: "Cənab Putin bizi çox isti qarşıladı. Qapalı iclasda bizə dedi: "İki dost ölkə öz münasibətlərini üçüncü ölkələrə həvalə etmədən həll edə bilər". Putin 3 dəfə bizlərə baxaraq soruşdu: "Bir probleminiz varmı? Probleminiz olduğu zaman unutmayın, arxanızda mən varam. Bu təminat ilə işlərinizi və sərmayələrinizi görün". Cənab Prezidentimiz də rus iş adamlarına eyni sözləri dedi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB