Səudiyyə Ərəbistanı Yəməni bombaladı, 10 uşaq öldü

Səudiyyə Ərəbistanı Yəməni bombaladı, 10 uşaq öldü

Yəmən daha bir ağır gün keçirib. Onsuz da son günlər başı dərddən ayılmayan bu ölkə daha bir faciəli gün yaşayıb. "Röyters" agentliyinin "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 10 uşaq ölüb, 21 nəfər yaralanıb. Məlumata görə, zərbə Yəmənin Səudiyyə Ərəbistanı ilə həmsərhəd Haydan rayonunda yerləşən məktəbə endirilib. Koalisiya nümayəndələri insidentlə bağlı hələlik heç bir şərh verməyiblər. BMT-nin məlumatına görə, 2015-ci ilin martından 2016-cı ilin avqustun 11-dək Yəməndəki münaqişə zamanı 3704 dinc sakin həlak olub, 6566 nəfəri isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə