Çexiya vətəndaşı mülkünü geri aldı

Çexiya vətəndaşı mülkünü geri aldı

Çexiya Konstitusiya Məhkəməsi Çeska-Lipa şəhərində vaxtilə ailəsinə məxsus olmuş binanı ona qaytarmağı tələb edən iddiaçının tərəfini tutub. İddiaçının ailə üzvləri 1942-ci ildə əsir düşərgəsində həlak olublar, ailənin əmlakı isə Üçüncü Reyxin mülkiyyətinə keçib. Sonralar binanı Çexoslovakiya Sosialist Respublikasının hakimiyyət orqanları müsadirə ediblər. Ölkədə restitusiya keçirilməsi müddətinin başa çatmasına baxmayaraq, məhkəmə iddiaçının tələblərini tam təmin edib, çünki onun ailəsinə məxsus olan əmlak barədə daha əvvəl xəbəri olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə