Malayziya polisi IŞİD terror qrupunun üzvü olmaqda şübhəli bildiyi 9 nəfəri həbs edib. SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli polisə istinadən məlumat yayıb.
Onlardan ikisi iyun ayında paytaxt Kuala Lumpur yaxınlığındakı bir barda partlayış hazırlamaqda şübhəli bilinir.
Qeyd edək ki, həmin partlayış İŞİD-in Malayziyada törətdiyi ilk terror aktı idi. Hadisə nəticəsində ölən olmayıb, amma 8 nəfər yaralanmışdı.
İŞİD yaraqlısı Muhammad Cedi sosial şəbəkələrdə partlayışın bu terror qrupu tərəfindən törədildiyini etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB