MDB-nin müşahidəçilər missiyası Belarusda seçki monitorinqini davam etdirir
Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər missiyası Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına seçkilərə hazırlıq və onların keçirilməsi üzrə monitorinqi davam etdirir.
AZƏRTAC MDB missiyasının qərargahına istinadla xəbər verir ki, müşahidəçilər missiyasının qərargahı seçki kampaniyasının monitorinqi çərçivəsində seçki qanunvericiliyinin pozulması ilə əlaqədar şikayətləri, müraciətləri və ərizələri nəzərdən keçirən respublika orqanları ilə qarşılıqlı fəaliyyət göstərir.
Birlik ölkələrini təmsil edən uzunmüddətli müşahidəçilər deputatlığa namizədləri qeydə alan hər üç dairə seçki komissiyasından birinin iclasında iştirak ediblər. Onların rəyinə əsasən, bütün namizədlərə bərabər hüquqi şərait yaradılıb, onların qeydiyyatına eyni tələblər tətbiq edilib. Deputatlığa namizədlərin, müşahidəçilərin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri iclaslar mütəşəkkil keçirilib, namizədlərə nəzakətli münasibət göstərilib. Missiya deputat mandatı uğrunda mübarizədə namizədlər arasında yüksək rəqabətin mövcud olduğunu qeyd edir. Parlamentdə 110 yer uğrunda 521 namizəd mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB