Türkiyə səfiri NATO-nu “yıxıb-sürüdü”

Türkiyə səfiri NATO-nu “yıxıb-sürüdü”

Rusiya ilə Türkiyə arasında yaranan yaxınlaşma prosesi, Qərb dövlətlərində və NATO-da birmənalı qarşılanmayıb. Türkiyənin NATO-dakı əksər Qərb müttəfiqləri rəsmi Ankaranı bu məsələlərdə "ehtiyatlı davranmağa" çağırıblar. Lakin rəsmi Ankara bu fikirlə razlaşmır. "NATO-nun bizim kiminlə münasibət qurmalı olduğumuzu deməyə haqqı yoxdur." Bu açıqlamanı da jurnalistlərə Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım söyləyib. Onun sözlərinə görə, Türkiyə müstəqil ölkədir və istənilən dövlətlə öz xarici əlaqələrini qura bilər. Qeyd edək ki, bundan öncə NATO Türkiyənin Alyansdan çıxmayacağı ilə bağlı bəyanat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə