Sarkisyan yeni kadr islahatlarına gedir

Sarkisyan yeni kadr islahatlarına gedir

Ermənistan prezidenti Serj Sarkisyan yeni kadr islahatları aparmağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, S.Sarkisyan Prezident Administrasiyasının rəhbəri Vigen Sarkisyanı xarici işlər naziri vəzifəsinə təyin etməyə hazırlaşır.

Xarici işlər naziri Edvard Nalbandyan isə Fransaya səfir göndərilir.

Qəzetin iddiasına görə, Prezident Adminstrasiyasının yeni rəhbəri uzun illər Təhlükəsizlik Şurasının katibi işləmiş, Robert Koçaryanın prezidentliyi zamanı adminstrasiyaya rəhbərlik etmiş Armen Qevorkyan olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə