RİA Novosti agentliyi Rusiya ilə Türkiyə arasında sürətlə düzəlməkdə olan münasibətlərlə bağlı daha bir xəbər yayıb. Məlumatda deyilir ki, hər iki ölkə Suriya böhranının nizamlanması üzrə komissiya yaradıblar. Xəbərə görə, komissiyanın ilk iclası avqustun 11-də Moskvada keçiriləcək. Məlumata əsasən, komissiyaya diplomatlar, hərbçilər, kəşfiyyat nümayəndələri daxildir. Komissiyanın yaradılmasına dair qərar avqustun 9-da Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburqdakı görüşü zamanı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB