Filippin prezidenti Rodrigo Duterte "Əbu Seyyaf" terror qruplaşmasının məhv edilməsi üçün silahlı qüvvələrə tapşırıq verib.
SİA-nın "Reuters"ə istinadən məlumatına görə, prezident bəyan edib ki, əgər qruplaşma məhv edilməsə, ölkəsini terror bəlasına "yoluxma" təhlükəsi gözləyir.
Prezident dinc insanları öldürən qruplaşma üzvləri ilə danışıqları istisna edib.
Qeyd edək ki, cari ilin iyun ayında İŞİD terror təşkilatı "Əbu Səyyaf" ı qruplaşmaya qəbul edib.
Terror qrupu Filippinin cənubunda yerləşib, onlar daha əvvəl İŞİD-ə saiq olduqlarını bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB