PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətinin Liçe rayonunda hərbçilərə hücum ediblər. "Habertürk"ün verdiyi məlumata görə, türk əsgərləri silahlılara dərhal cavab atəşi açıb. Silahlı toqquşma zamanı 3 türk əsgəri yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Yaralı əsgərlər bölgəyə göndərilmiş helikopterlərlə Diyarbəkir Hərbi Hospitalına aparılıblar. Terrorçuların zərərsizləşdirilməsi məqsədilə hava qüvvələrindən də dəstək verilməklə əməliyyat başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB