Almaniyanın Maqdeburq şəhərində bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib. "Gazeta.ru" xəbər verir ki, hadisə nəticəsində 64 yaşlı qadın yaralanaraq xəstəxanaya çatdırılıb. Onun həyatına təhlükə olmadığı bildirilir. Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil. 25-35 yaşlarında olduğu təxmin edilən cinayətkarın tutulması üçün polis bölgədə axtarışlara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB