“Cənub axını” bərpa edilə bilər

“Cənub axını” bərpa edilə bilər

Bolqarıstan və Rusiya "dondurulmuş" enerji layihələrini, o cümlədən "Cənub axını"nı bərpa edə bilər. SİA-nın məlumatına görə, bu barədə "Bloomberg"ə Bolqarıstanın baş naziri Boyko Borisov deyib.

Onun sözlərinə görə, iki ölkə "Cənub axını" qaz kəmərinin tikintisi də daxil olmaqla Rusiyanın enerji layihələrini bərpa etməklə bağlı işçi qrupun yaradılmasına dair razılığa gəlib.

Qeyd edək ki, ötən həftə prezident Valdimir Putinlə baş nazir B.Borisov arasında telefon danışığı zamanı enerji layihələrinin həyata krçirilməsi müzakirə olunub.

Rusiya 2014-cü ilin dekabrında Bolqarıstan, Serbiya, Macarıstan ərazisindən keçməli olan "Cənub axını" kəmərindən imtina etdi. Buna səbəb Avropa İttifaqının mövqeyin olmuşdu. "Türk axını" layihəsi isə Moskva-Ankara münasibətlərinin soyuması səbəbindən "dondurulmuşdu".

Bütün xəbərlər Facebook səhifəmizdə