Terrorçu PKK təşkilatı növbəti dəfə Türkiyə dövlətini hədələyən bəyanat yayıb. PKK-nın qolu olan KCK lideri Cəmil Bayık açıqlamasında bildirib ki, artıq savaş hər yerdə aparılacaq. Bu savaş təkcə dağda aparılmayacaq: "Davamlı olaraq polislərin öldürülməsi, şəhərlərdə qarşıdurmaların olması bu həqiqəti ortaya qoydu. Artıq şəhərlərdə dövlətin, polisin hakimiyyəti tam bərqərar olmayacaq. Polislər şəhərlərdə əvvəlki kimi rahat yaşaya bilməyəcəklər", - terrorçu lider bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB