İbrahim Tatlısəs mitinqə öz yaxtası ilə gəlib

İbrahim Tatlısəs mitinqə öz yaxtası ilə gəlib

Türkiyənin Yeniqapı ərazisində hərbi çevriliş əleyhinə keçirilən "Demokratiya və Şəhidlər" mitinqinə ölkənin tanınmış incəsənət xadimləri də qatılıb. Axar.az xəbər verir ki, öz yaxtası ilə Yeniqapıya gələn İbrahim Tatlısəs mətbuata verdiyi açıqlama zamanı göz yaşlarını saxlaya bilməyib.

"15 iyul günü mən dedim ki, heç bir şey olımayacaq. Hər şey Allahın əmri ilə olur. Bu türk milləti elə bir millətdir ki, Allahdan başqa kimsədən qorxmaz. Türk bayrağı yorğanımızdır", - Tatlısəs bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə küçələrə çıxaraq hərbi çevrilişə mane olan vətəndaşlara təşəkkür edən müğənni, "Türk xalqının əllərindən öpürəm" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə