Amerikanı qaradərili insanların etirazları yenidən bürüyüb. Okeanın o tayında bu insanlara qarşı polis tərəfindən edilən vəhşiliklər, ciddi etiraz yürüşlərinə səbəb olub. ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində də bu qəbildən olan aksiya keçirilib. Burada qaradərililərin qətli əleyhinə mitinq başlayıb. "Gazeta.ru" xəbər verir ki, etiraz aksiyası qaradərili yeniyetmənin polis tərəfindən öldürülməsi səhnəsinin əks olunduğu videoçarxın dərc olunmasından sonra təşkil olunub. "Chicago Trubune"-nin məlumatına görə, etirazçılar şəhərin cənub hissəsində toplaşaraq, "Polis bizi öldürür" və "İrqçi polis terroruna son" kimi şüarlar səsləndiriblər. Etiraz aksiyasının keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.
Qeyd edək ki, dərc olunmuş videoçarxda oğurladığı avtomobildə qaçmağa çalışan 18 yaşlı Pol Onilin polis tərəfindən güllələnərək saxlanılması səhnəsi əks olunub. Sonradan yeniyetmə aldığı güllə yaralarından keçinib. İnsidentdə iştirak etmiş polis əməkdaşları səlahiyyətlərini aşdığına görə işdən uzaqlaşdırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB