Ərdoğan xalqı bu gün keçiriləcək mitinqə səslədi

Ərdoğan xalqı bu gün keçiriləcək mitinqə səslədi

Türkiyədə FETÖ terror qruplaşmasına qarşı ictimai etirazlar artıq pik həddinə çatıb. Qardaş ölkədə cəmiyyət ölkə rəhbərliyindən qətiyyətli addımlar gözləyirlər. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iyulun 15-i çevrilişə cəhd zamanı şəhid olan Fatih Satırın ailəsinə başsağlığı ziyarətindən sonra xalqa səsələnib. Megafon ilə xalqa müraciət edən Türkiyə Prezidenti, onları bu gün keçiriləcək olan İstanbuldakı Yeniqapı meydanında demokratiya və şəhidlər mitinqinə səsləyib. Daha sonra Ərdoğan bunların hamısının keçəcəyini, FETÖ terror qruplaşmasının üzvlərinin bir-bir tapılıb ədalətə təhvil veriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə