Polşa prezidentinin müşavirindən NATO açıqlaması

Polşa prezidentinin müşavirindən NATO açıqlaması

Polşa prezidentinin müşaviri Kşiştof Şerski PAP informasiya agentliyinə müsahibəsində bir sıra maraqlı məsələlər barədə açıqlama yayıb. NATO-nun şərqə doğru genişlənməsi prosesinin stabil xarakter daşıdığını deyən Kşiştof Şerski əlavə edib ki, Amerikanın yeni prezidentinin kim olmasından asılı olmayaraq, bu genişlənmə dayanmayacaq: "Polşa istənilən Amerika administrasiyası ilə əməkdaşlığa hazırdır. NATO-nun qərarları dövlətlər tərəfindən qəbul edilir və şəxsi maraqlar üzərində qurulmur".

Bütün xəbərlər Facebook səhifəmizdə