"İnterfaks" agentliyi Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş barədə yeni xəbər yayıb. Agentliyin xəbərində deyilir ki, Türkiyə tərəfindən vurulmuş "Su-24" təyyarəsi ətrafında Rusiya və Türkiyə prezidentləri arasında geniş müzakirə aparılacaq. Bu barədə agentliyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın məktubunda və bunun ardınca baş tutan telefon danışıqlarında bir çox məsələlər artıq deyilib. "Bu addımlar hər iki liderin Sankt-Peterburq görüşünə gətirib çıxardı. Ümid edirəm ki, bu addımlar gələcəkdə Rusiya ilə Türkiyə arasında bütün sahələrdə münasibətlərin normallaşdırılmasına da gətirib çıxaracaq", - RF prezidentinin köməkçisi deyib. Rusiyanın təzminat barədə tələbinə dair suala Y.Uşakov belə cavab verib: "Biz bu məsələni müzakirə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB