Türkiyədə FETÖ şəbəkəsinin hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində Ədliyyə Nazirliyinin 124 əməkdaşı saxlanılıb. Axar.az xəbər verir ki, əməliyyat Ankara Cümhuriyyət Prokurorluğunun qərarı ilə həyata keçirilib. Məlumata görə, polis tərəfindən saxlanılan şəxslər Ankara Polis İdarəsinə gətirilib. Qeyd edək ki, bundan öncəki araşdırmalar zamanı FETÖ şəbəkəsinin üzvü olduğu ehtimal edilən 45 ədliyyə işçisi prokurorluqda dindirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB