Ərdoğan TRT-də açıqladı: “Qərb Türkiyənin güclənməsini istəmir”

Ərdoğan TRT-də açıqladı: “Qərb Türkiyənin güclənməsini istəmir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin canlı yayımında çıxışı zamanı maraqlı açıqlamalar verib. Türkiyə lideri bildirib ki, düşmənlər Türkiyəni parçalaya bilməyəcəklər, milli iradənin qarşısını almaq mümkün olmayacaq:

"Bunu açıq şəkildə deməliyəm. Qərb Türkiyənin güclənməsini istəmir. Bu səbəbdən biz daim ikili standarlarla qarşılaşırıq. Baş verən son olaylar iqtisadiyyatımıza təsir etmədi və etməyəcək də. Biz 2023-cü ilə əmin addımlarla irəliləyirik", - Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə