Türkiyədə Konstitusiya Məhkəməsinin iki üzvü işdən qovuldu

Türkiyədə Konstitusiya Məhkəməsinin iki üzvü işdən qovuldu

Türkiyədə Fətullah Gülən tərəfdarlarının tapılıb üzə çıxarılması üçün tədbirlər davam edir. Artıq Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəli bilinən Türkiyə Konstitusiya Məhkəməsinin iki üzvü qurum sıralarından xaric edib. "Milliyet" xəbər verir ki, Alparslan Altan və Erdal Tezcan barəsində Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs qətimkan tədbiri seçilib. Türkiyə Konstitusiya Məhkəməsi İdarə Heyəti də hər iki üzvü ilə bağlı araşdırma apardıqdan sonra onların qurumdan xaric edilməsinə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə