Şok: “Hillari Klintona yaxın telekanal o gecə Ərdoğanın əleyhinə çalışırdı”
15 iyul gecəsi Türkiyədə baş verən hərbi çevriliş cəhdi zamanı NBC telekanalının Ərdoğanın Almaniyaya qaçması ilə bağlı yaydığı məlumat qiyamçı generallara xidmət edirdi. Axar.az xəbər verir ki, bunu "Vikiliks" saytının qurucusu Culian Assanc mətbuata açıqlamasında deyib.
"NBC həmin xəbərə mənbə kimi ABŞ-ın hərbi dairələrini göstərdi. Bu addım Türkiyədə hərbi çevriliş cəhdinin uğur qazanması üçün atıldı. Əgər prezident xaricə qaçırsa, bu onun ölkəni idarəni edə bilməməsi anlamına gəlir. Hillari Klintona yaxınlığı ilə seçilən NBC-nin bu mövqeyi ABŞ-Türkiyə əlaqələrinə təsirsiz ötüşməyəcək. Çünki qiyam gecəsi xeyli insan öldü, sonrakı günlərdə isə minlərlə şəxs həbs edildi", - Assanc bildirib.
Qeyd edək ki, NBC də daxil olmaqla, bəzi Qərb media orqanları 15 iyul gecəsi Türkiyədə hərbi çevriliş cəhdinin uğurlu olması ilə bağlı məlumatlar yaymışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB