Amerikada dəhşət: Polis qaradərili qadını öldürdü, 5 yaşlı oğlunu isə yaraladı
Amerikada yenə dəhşətli olay yaşanıb. Belə ki, yalançı "demokratiya" maskasına bürünən və daha çox da "insan hüquqlarından" dəm vuran Amerika dövlətində yenə qaradərili olduğu üçün daha bir vətəndaş polis gülləsinin qurbanı olub. Belə ki, ABŞ-ın Merilənd ştatında polis qaradərili silahlı qadına atəş açaraq qətlə yetirib. Sözügedən qadın məhkəmə iclasına gəlmədiyi üçün polis onun Randolstoundakı evinə basqın edib. Bu zaman mənzilə daxil olan polislərlə qaradərili arasında silahlı atışma yaşanıb. Hadisə zamanı qadının öldüyü, onun 5 yaşlı oğlunun isə yaralandığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB